AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

BAYRAM AŞIQLI :TÜRK OĞLU

        


Türk oğlu çatanda, həddi-buluğa,

Gedər Vətənində, hərbi-qulluğa.

Elə ki xına yaxırsan başına,

Deməli çatıb, on səkkiz yaşına.


Türk oğlu yaşayar, ev-eşiyində,

Əsgər tək durar, Vətən keşiyində,

Gül balalar rahat yatsın deyə O,

Düşmən ürəyini, qanlı yeyər O. 


Türk oğlu gedər, Vətən qorumağa, 

Vətənin haqqı var, ondan ummağa.

Hər kəsin boynunda var Vətən borcu,

Qılınc tutmaqdan mazoldu ovucu 


Türk oğlu layiqdir, düşmən qovmağa, 

Əmr aldı düşmənin ağzını ovmağa.

Əsgər tələsir bərkitsin yerləri,

Sizə danışacam, görün nələri... 


Türk oğlu yaranıb, Vətən qorusun,

Sözünə bütövdür, deyər doğrusun. 

Düşmənlə vuruşar, yayar sədasın,

Halal südün əmər, doğma anasın, 


Türk oğlu çatıb 18 yaşına,

Od yağdırır, düşmən başına.

BayramAşıqlı da Türk balasıdır,

Düşmənin özündən qisas alasıdır.

Bayram Aşıqlı 

Below Post Ad

Bottom Ad