AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

VÜSALƏ MUNİS : ADINI PIÇILDADIM


Adını piçildadim, torpağın yağış duasına
Barmaqlarım gəlin həyalidir,
utanır adını ulduzumun taleyinə yazmağa.
Uzaqdan gələn qatar üzünə qaçır xatirələr...
...yenə gəl,
zamanı gözlə nar ağacının altında,
Quş dilində səslə,
Körpüləri keç,əqrəblərin ayağını dart,durdur zamanı.
Məsələn: yetişməmiş heyvadan dərib ye,
Ya da hasarın daşların ovub adımı yaz...
Mən azadlığım üçün küləyə yalavaran bir əlçim yunam,
Budaq -budaq dolaşmaq azadlıgıma nəğmə oxuyan səs...
Gəl, bütün yalançı sevgilərə baxıb gülək,
Pontamimo artisti!...
Sonra qoluma qırmızı rəngli tək qaşlı bilərzik tax,
...səni diləyim bütün fəsillərdə!
Vüsalə Munis

Below Post Ad

Bottom Ad