AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

TƏRANƏ ARİFQIZI : VER CƏZAMI


SƏNə yaxın olmağın
Cəzasını çəkirəm.
unuduram özümü
Qəzasını çəkirəm.
Məni SƏNə gətirən,
Pıçıltının səsiyəm.
SƏNə SƏNdən yaxınam...
Hamının heç kəsiyəm...
SƏNsiz olan kəslərin
Adını unuduram...
Adsızların içində
Sözlərimi uduram...
Fikrimi qucaqlayıb
Bağrıma basıram mən...
Ürəyimdən keçirib,
Dilindən asıram mən...
Milyonların içindən
Keçıb SƏNƏ gəlirəm...
Döğularaq ölürəm,
Durub yenə gəlirəm...
Mən bu adi dünyada
Sadə insan oluram...
SƏN məndə olmayanda
Çox çarəsiz qalıram...
Ver cəzami, İlahi...
Hər an cəkim , hazıram...
Verdiyin cəzaları
Mən adına yazıram...

Təranə Arifqızı

Below Post Ad

Bottom Ad