AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

NƏZAKƏT MƏMMƏDOVA : AZƏRBAYCANDA TÜRKÇÜLÜK BİR ŞOUDU


Türkiyənin kəşfiyyat və diplomatiya şeflərinin Moskvada Suriyanın müvafiq sahə rəhbərləri ilə göruşu onu deməyə əsas verir ki, Rusiya və Türkiyə arasında hazırda əsas müzakirə mövzusu Suriyadır. Azərbaycan zatən Rusiyanın maraq və təsir dairəsində olduğu Cənubi Qafqazın ayrılmaz parçasıdır və buranın problemləri də, onların həllinin məsuliyyəti və regionun perspektivləri də Rusiyaya bağlıdır. Azərbaycanın Türkiyə ilə müzakirəsi mövzu bahis daha olamaz. Türkiyəyə məxsus şirkətlər qızıl çıxardır, iş adamları burada pul qazanır, türkçülük şouları göstərilir, Azərbaycan üzərində təsir bundan o tərəfə keçə bilməz. Əsədin hakimiyyətdə qalması, Türkiyə üçün isə 911 km. sərhədinin təhlükəsizliyi Rusiya və Türliyə arasında qırmızı xəttdir. Azərbaycan Türkiyə üçün ikinci dərəcəli prioritetdir və seçim etmək zərurəti qalarsa, Türkiyə Suriyada mövqelərini saxlamağı daha üstün tutar. Suriya bir neçə əsr Osmanlı mülkü olub və imperiya olmaq istəyən Türkiyə xəyali Turana yox, tarixi Osmanlı torpaqlarına üz çevirməklə daha çox şanslı ola bilər. Türkiyə 90-cı illərdə hələ ABŞ təsir dairəsində olanda Azərbaycan prioritet deyildi, bu gün də deyil. Hazırda Türkiyəni Azərbaycan üzərində təsirini gücləndirməyə vadar edən Britaniyadır. Turan layihəsi anqlo-saksonların və sionistlərin işləyib hazırladığı layihədir. Ərdoğan Türkiyəni ABŞ-dan uzaqlaşdırandan sonra Britaniyaya yaxınlaşdırdı və ölkə anqlo-saksonların dumanlı Albion qanadının təsirinə keçdi. Azərbaycanın Pakistanla yaxınlaşması da bu ölkə üzərində koloniya haqlarından istifadə eden ingilis proyektidir, necə ki, Qafqazda balansı qorumaq uçün Ermənistanla da Hindistanı hərbi-siyasi sahədə yaxınlaşdırır. ABŞ-ın Güləni dəstəkləməsi Ərdoğanın müəyyən qədər ondan uzaqlaşmasına əsas səbəb oldu. Ehtimal ki, Rusiya və Türkiyə Suriya məsələsində bir sıra razılıqlar əldə ediblər. Rusiya kosmik və yerüstü kəşfiyyatı vasitəsilə Türkiyəni lazımi məlumatlarla təmin edərək AK Partinin iqtidarı saxlamasına yardım edə bilər. Təbii ki, ingilislər də ruslarla rəqabətdə Türkiyəni əldən vermək istəməyəcək. Azərbaycanda türkçülük isə bir şoudur. Əvvəla bunu edənlər qeyri-ciddi, cəmiyyətdə nüfuzu olmayan, fürsətcil, çoxusu qeyri-türk adamlardır, gücləri ulamaqdan o tərəfə çata bilmir. Bir dəfə yazmışam: Ərdoğancı olduqlarını iddia etsələr də hələ də o tupoy kafaları ilə dərk edə bilmirlər ki, Ərdoğan türkçü deyil, ümmətçidir, dini ideologiyanı əsas tutur. O, anqlo-sakson kəşfiyyatlarının ortaya atdığı bozqurd işarəsi tutmur, rabia işarəsini simvol seçib. Adam kiməsə simpatiya duyanda gərək onu hərtərəfli tanımağa çalışsın. Mən Putinin termosunun rəngini də bilirəm, bunlar o boyda Ərdoğanın rabia işarəsini görə bilməyəcək qədər savadsızdırlar. Belə adamların türkçülük etdiyi ölkədə bu ideologiyanın nə şansı ola bilər?! Əgər türkçülük real olsaydı, elə mən hamıdan qabaq türkçü olardım. Amma mən bilirəm ki, bu, xarici güclərin ortaya atdığı süni ideologiyadır. Necə ki, Osmanlı imperiyasını parçalamaq üçün millətçi Gənc türkləri ortaya atıb o boyda dövlətin sonuna çıxdılar.


Müəllif : Nezaket Memmedova

Below Post Ad

Bottom Ad