Buz tutmayıb isti qəlbin, mənim kimi.
Nə yaxşı ki verməmisən ömrü hədər,
Görməmisən, çəkməmisən qəmim kimi.
İstəmişəm kədər səndən uzaq olsun,
Dərdlər hər gün, hər gün mənə qonaq olsun,
Qoy gözlərim gecələri oyaq olsun,
Təki sən ol xoşbəxtliyin qapısında.
Miskinliyin acısını dadsan əgər,
Puç olardı arzuların tumurcuqda.
Haqqımmıdır yaşayıram bunları mən?
Hər ikimiz bir Allahın quluyuq da.
Mirvari Coşqun
BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN