AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

VÜSALƏ VƏTƏNXAN MEHRİ : YA RƏB


 Ya Rəb, Sənin qüdrətinə var ola bildik,

Pünhan idik, ol hökmünə aşkar ola bildik,

Eşqinlə könüldən könülə yar ola bildik,

Məbud bilib, əcz ilə qarşında əyildik.

Ya Rəb, əzəmət sahibi yalnız səni bildik.


Hər dəm o əziz ismini zikr eylərəm əlbət,

İsminlə nüfuz etdi bütün ol bəşəriyyət,

Bir “ol” deməyinlə yaranıb aləmi-xilqət,

Lakin bunu dərk etmədən əvvəlcə zəlildik,

Ya Rəb, əzəmət sahibi yalnız səni bildik.


Qəlbin evi zülmətdi, ona nur əta et,

Eşqinlə yanan qəlblərə haqqınla vəfa et,

Ol cənnət ilə ruhumuzu baqi-səfa et,

Qəflətdən oyanmaqla açıb əl, sənə gəldik.

Ya Rəb, əzəmət sahibi yalnız səni bildik.


Vüsalə vətənxan mehri 


Yorum Gönder

0 Yorumlar

Below Post Ad

Bottom Ad