Noyabr küləyində
Çobanyastığı azıb.
Baxışı,yaddaşı da
Dağılıb yer üzünə.
Sülh ədalı ləçəyi,
Sevgidən çənbər qurub.
Biri var,
biri yox çıxsa
Bezib onu uçurub.
Payıza baharından,
İmzalı misal çəkib.
Tör -töküntü xəzandan,
güzarına yol çəkib.
Ağacların gözü nəm,
Göbələk çətirlənib.
“Çobanın yastığında”
Hürr nəğmə sətirlənib.
İkiləşmiş sitəmi,
Biləyindən yapışlb,
Sərt palıd qozasının,
İllərə toxum tutan
Akasya yaxasının…
Qaçıb,
qaçıb qara nəfəslə
Dabanında at nalı,
İlk bahardan
Son baharına sarı,
Amma…
Doğru çıxmayıb
Çobanyastığı falı…
Fərqanə Səfərli
BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN