Kədərə alışmaz, üzü də gülməz
Nədən ayrılığın heç sonu gəlməz?!
Bəlkə sən bilirsən, danış Qarabağ.
Sevinc sən tərəfə niyə üz tutmur?!
Bir təbəssüm edib səni ovutmur
Alışan qəlbini bir an soyutmur
Min ümidlə dolu sözlər Qarabağ.
Bağlar köhnə yaran hər gün təzə köz
Dərtdən söz açmağa varmı bircə söz?!
Gəl bu dərdə indi susa-susa döz.
Dözmək nə çətinmiş... çətin Qarabağ.
Tər çiçək misalı çöhrən solsa da
Intizar gözlərin yaşla dolsa da
Hələki qismətin həsrət olsa da
Darıxma, həsrətdə bitər Qarabağ.
Tahirə Məmmədova
BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN