AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

MANYA SƏXAVƏTQIZI : HƏSRƏT


Son dəfə 30 il öncə döyülən,
Qapının qıfılı yaman sevinir.
Bükülüb sandıqda gizlənən açar,
Boylanıb günəşə gün üzü görür.
Sınıq aynasında son baxış donan,
Tinində sevinclər boğulan boş ev,
Sükutlu illəri caladın ilə,
Daha səs-sədanın varlığını sev.
Bəlkə dönməyəcək sənə bir nənə,
Bəlkə də babalar yoxdu həyatda.
Bir zaman səsini duyduğun körpə,
Sənə qayıdacaq bir “ana” adda.
Səni şəkillərdə görüb tanıyan,
Adına min nəğmə qoşan adamlar,
İlk dəfə bir addım atan körpə tək,
Döşəmən üstünə atar addımlar.
Çoxları qoxlayıb, öpəcək sənin,
Toz tutmuş daşından, divarlarından.
Axı 30 ildir ayrılıq düşüb,
Göz yaşın süzülüb kandarlarından.
İndi günlər ötür təlaş içində,
Gözlərin həsrəti bir az çoxalıb.
Səbr elə ümidi cücərən boş ev,
Səs-küylü günlərə lap azca qalıb.


Manya Səxavətqızı

Below Post Ad

Bottom Ad