AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

XƏYALƏ YAĞIŞLI : DEYİRSƏN


Sənin gözlərindən yuxu qaçanda,
Yuxu tökülürmüş mənim gözümdən,
Heç demə yolundan günəş qaçanda,
Bulud çəkilirmiş mənim izimdən.
Söylədin yoluna düşən yağışlar,
Axıb tökülürmüş mənim gözümdən.
Sənin acıların boğazındasa,
Gəlir acılarım mənim dizimdən.
Bu nə baxışlardır, bu nə möcüzə,
Sevincim başımdan aşır deyirsən.
Qarışıb günəş də,ulduz da,ay da,
İtirib yolunu çaşır deyirsən...
Xəyalə Yağışlı

Below Post Ad

Bottom Ad