Qəbrini qazdırıb hazır saxlayıb,
Kasıb balasının xonçası kimi.
Fəxri xiyabanda kimlər ağlayıb?
Qəbrini,
Şəhidlər gülünun qönçəsi kimi.
Solub ürəyində qanın rəngi də,
Hər oğul şəklinə baxan ananın.
Dünya yıgılsada çətin səngidə,
Qəlbini,
Qəbirlə görüşə çıxan ananın.
Sən üstü yazılı daş əzizlədin,
Gül əkdin ,bəzədin daş təmizlədin,
Oturub yolunu çoxmu gözlədin?
Öldümü ?
Sağdımı ?
İndiki ölümlər Şəhid yaşdadır.
Qəbirlər qazılıb ölüm başdadı!
Dilşad Araz
BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN