AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

ÜLKƏR DƏRYA : ÖLÜM YA ÖLMƏYİM


Dərdlərə yoxdursa dərman, ölüm, ya ölməyim ?
Ruh gedib, qaldı quru can ölüm, ya ölməyim ?

Mən baxıb ölənlərin ehsanına mat qalmışam,
Xərclənib küllicə " Şirvan " ölüm, ya ölməyim ?

Sərvət imiş qəbr evi, nəbadə ölmə kasıb,
Kim verər ki, sənə ehsan ölüm, ya ölməyim ?

Neynirsən mərmər evi, yaşa öz komanda sən.
Qoy yağa başına leysan, ölüm, ya ölməyim ?

Sən yaşa kasıb evində, doluya, qara tutul
Qonşu salsın geniş eyvan, ölüm, ya ölməyim ?

Kişi ağzın açmamış evdə kəsilər sözü,
Ev olub yazığa zindan ölüm, ya ölməyim ?

Ata - ana haqqı yerdə, oğullar söz dinləmir,
Gənclərin başında duman, ölüm, ya ölməyim ?

Yazanda gördüklərimi, dedilər yalandu bu,
Yazdığın böhtandır böhtan ölüm ya ölməyim ?

Başqa bir zamanda bəlkə, doğulmalıydı bu Dərya,
Mənə yaddı bax, bu dövran, ölüm,ya ölməyim ?

Çox düşündün Dərya, durma artıq sən də ver qərar.
İmzala sonunda fərman, ölüm ? Ya ölməyim ?

Ülkər Dərya

Below Post Ad

Bottom Ad