AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

SONA İNTİZAR : QOCALMIŞAM


Ürəyimdə buz bağlayıb hisslərim,
Yollarında əsir-yesir qalmışam.
Niyə məndən üz döndərib gözlərin?
O gözlərə baxmaqçün darıxmışam.

Çox gen gəzmə, aralanma yanımdan,
Sən getmisən, can ayrılıb canımdan,
Yuxu getmir gözlərimə haçandan,
Zülm eyləmə, mən dərddən qocalmışam.

Saxla məni ürəyinin tinində,
Gizlət məni, bəyan etmə heç kimə.
Bir gün yenə görəcəksən mənim də,
Əqlim çaşıb dəli kimi olmuşam.

Sən biçarə bilmə gəl, İNTİZARI,
Ərşə çıxar üsyanı, ahu-zarı,
İnsaf eylə, incitmək gəl, bu yarı
Həsrətindən saralmışam, solmuşam.

Sona İntizar

Below Post Ad

Bottom Ad