Pakistanla Azərbaycanın heç olmamış qədər xüsusi (!) diplomatiya təşəbbüsləri və Pakistanın Azərbaycan cəmiyyətində xüsusi (!) bir şəkildə müsbət imicinin formalaşdırılma prosesi sürətlə gedir.
Mən bunun sadə diplomatiyadan və sadə siyasətdən daha fərqli bir strategiya olduğu qənaətindəyəm.
Pakistanın birdən bu qədər Azərbaycanda müsbət təbliğatına yer verilməyi məndə xüsusi bir siyasi analiz oyadır.
Hazırkı siyasi iqlimdə də Rusiyanın Ukrayna üzərindən hədəf olduğunu və İranla Azərbaycanın arasının pozulmağında maraqlı olan yad qüvvələrin niyyətlərini nəzərə aldıqda, Pakistanın siyasi olaraq Azərbaycanda qabardılmağı istər-istəməz bunun arxasında fərqli skeptik məqamlar olduğu reallığını düşündürür.
Ciddi siyasi dalğalanmalar var regionda. Azərbaycan sadəcə yem olar bu oyunda, başqa heç nə!
Müəllif : Türkan Cəfərzadə
BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN