AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

SONA İNTİZAR : MƏN DÜNYAYA DƏYİŞMƏRƏM


Gözlərində gizlət məni,
Heç kim bilməsin yerimi,
Sənli olan günlərimi
Mən dünyaya dəyişmərəm.

Nəfəsinin hərarətin,
Sözlərinin kəramətin,
Mənə olan məhəbbəti,
Mən dünyaya dəyişmərəm.

Gözündəki baxışları,
Üzündəki çat qaşları,
Təbəssümdən qırışları,
Mən dünyaya dəyişmərəm.

Əlinin qabarını da,
Dərd, sərini, qadanı da,
Dilimdəki adını da,
Mən dünyaya dəyişmərəm.

Duamdasan hər gün mənim,
Ay əzizim, ay sevdiyim,
Sən mənim özümsən , özüm,
Səni dünyaya dəyişmərəm.


Sona İntizar

Below Post Ad

Bottom Ad