AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

RUHƏNGİZ ƏLİYEVA : GƏL İNSAN OLAQ


Müdrik yetkinliyi göstər gənclikdə,
Hünəri, düzlüyü sevir gənclikdə.
Rahatlıq taparsan bil ki, dinclikdə,
Sənə də çatanda bir gün qocalıq.

Xeyir əməllərli dünyaya yayaq
Varkən sağlıq əldə, cavanlıq əldə.
Əbədi deyil ki, hər gün “toy tutaq”
Bizimdir hər murad, hər xoş əməldə.

Nə töksən aşına, o var qaşıqda
Ədəbli oturaq, ədəbli duraq!
Rəğbət qapısını mərifət açar
Alim olmaq asan, gəl, insan olaq!


Ruhəngiz Əliyeva

Below Post Ad

Bottom Ad