Təlatümə gələn dəniz,
Taleyimə bənzəyirsən.....
Gah tufanlı fırtınalı,
gah da sakit mülayimsən.
Dalğaları coşan dəniz ,
Sən özümə bənzəyirsən.
Gah sevincli, gülərüzlü,
Gah da qəmli, kədərlisən.
Niyə mənə bənzəyirsən.?
Nədir bizdə bu bağlılıq?
Niyə səni hər görəndə
Ruhum xəyallara dalır.....
Səninlə söhbət edirəm: olanlardan .
keçənlərdən....
Ürəyimin kədərini ,
gözlərimin həsrətini ..
xatirələr çaləngini .
sularına çiləyirəm..
Niyə səndə tapıram mən .
ruhumun rahatlığını..?
Niyə səndə unuduram keşməkeşli həyatımın
əzabını , ağrısını...
Dalğaları coşan dəniz,
apar məni, al qoynuna..
Apar məni həyatımdan. Dalğalarında dincəlim.... dayan .dayan .
qoy bir gəlim.
Sularına toxunum mən.
qoy hiss edim nəfəsini.
o sərin hərarətini.
Rahatlığ tapsın ürəyim .
Hər səninlə dərdləşəndə,
xəyalım hey üzür ...üzür.... xatirələr ümmanında..
Təlatümə gələn dəniz ..
yenə coş .yenə dalğalan . Mənə həyat ruhu gətir...
Təzələ xəyallarımı .
İlhamımı ., amalımı.
Qoy unudum olanları ..
qoy silinsin xatirələr.
@Məni üzən nələr..nələr ..
Pıçıldasın ləpələrin.
yeni həyat nəğməsini...
mən də elə səninn. kimi
yeni həyat istəyirəm çalxalanıb , dalğalanıb
sahillərə can atıram .
Dərya qədər əzabımdan ..
Mən də eynən sənin kimi təzələnmək istəyirəm .
Təlatümə gələn dəniz,
niyə sənə bənzəyirəm.?!
Elbəniz Hüseynova
BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN