AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

AYSEL FİKRƏT : DAXMANIN MONOLOQU


Bu yerin,bu göyün, altında susmuş,
Bir tərəfi çökmüş sınıq bir yuva
Nə qanadım çıxır çıxım qınımdan,
ruhum oyanır dərdimi qova
Döyüb odu sönmüş başıma hər gün,
Bilmədim axı mən kimi qınayım.
Dərdlər kərpic - kərpic gəldi üstümə,
Kədərdən tonqalı necə qalayım.
Ən çox o uzaqda qırmızıyanaq,
tüstüsü bol çıxan dama qırğınam.
Dilim ağzım da yox töküm daşımı.
Əlimi yelləyib ona qarğıyam.
Başımı göy büküb, yerə bələyib,
Fələk itələyib bir ucsuz çölə,
Nə yerdə bir çimdik ədalət qalıb,
Nə bircə dualıq ümid var göydə.
Gözümü gəzdirdim, kiçik damxana,
Dörd yanın toz basmış təndir sağ qalıb.
Yerdə daş altından xırda çiçəklər,
Yolunu kimsəsiz həyətdən salıb.
Yellənir qapısı arzularımın,
Çır - çırlı fəryadı qulaq batırır.
Ruhum laylay deyir olub bitənə,
Közərən sevgimi göydə yatırıı.
Qapıda bükülüb gözü kor iti,
Çığırı tək yola çıxan həyətin.
Bu viran ,bu izsiz bu taxta çəpər,
Dünyalardan uzaq ,solan həyətin.
Dərdini solaxay çəkən daxmayam,
Yavaş - yavaş enir başım torpağa,
Çox güman əvvəldən bünövrəsində,
Nəsə düz gəlməyib daşım torpağa..

Aysel Fikrət

Below Post Ad

Bottom Ad