AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

ADİLƏ NƏZƏR : ÜMİDLƏRİM CAN VERİR


Azıb qaldım bir ömür,
Həyatın döngəsində.
Ümidlərim can verir,
Həsrətin pəncəsində.
Kimsə bilmədi məni,
Azam, ya çox, bilmədi.
Bu gizli dəfinədə,
Nə var, nə yox, bilmədi.
Yordum, getdim yolları,
Dörd yanım dörd bayatı.
Şeirlərə köçürdüm,
Yaşamadım həyatı.
Məni tanımayanlar
Qəlbimə tanıqdılar.
Qəmdən hali olanlar
Bağrım tək yanıqdılar.
Hansı günüm savaba,
Hansı günüm günaha?
Suallardan cavaba
Çata bilmədim daha.
Çək əlini saçıma,
Sil gözümdən yaşı da.
Qoy bu yazı da görüm,
Qoy qalım bu qışı da.
Bir ovuc gün şüası,
Düşər uçuq komadan.
Bəlkə çıxar ümidim
Elə bu qış komadan.
Adilə Nəzər

Below Post Ad

Bottom Ad