AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

XƏYALƏ SEVİL : SƏN BİRCƏ MƏNİ UNUTMA


Sən bircə məni unutma,
Qalan hər şey düzələr.

Keçib gedər aramızdan
Bu soyuq havalar da.
Bu ərköyün küsmələr
Bu şıltaq davalar da.

Sözlərim axşam tərəfi,
Sözlərim səhərdi mənim.
Niyə küskün dayanmısan?
Gözlərinin dərdi mənim.

Sən keçdiyin gündüzlərin
Gecəsi nurlu olar.
Eh. Məni də qınama,
Qadın qürurlu olar.

Yenə gülümsər saçlarım,
Barmaqların düzülər.
Sən bircə unutma məni,
Qalan hər şey düzələr.


Xəyalə Sevil

Below Post Ad

Bottom Ad