AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

GÜLARƏ FAZİLQIZI : VƏTƏN EŞQİNƏ


Çevrilib sevginin şah əsərinə
Şəhidim can verdi Vətən eşqinə.
Cevrilib cənnətin ətir iyinə,
Şəhidim gül açdı Vətən eşqinə.

Boyanıb lələnin qanlı rənginə,
Bürünüb bayrağın şanlı rənginə.
Ucalıb sevginin haqq zirvəsinə,
Şəhidim gül açdı Vətən eşqinə.

Vətən məktəbinin sonsuz dərsini,
Yazdı al qanıyla, tarixə döndü.
Cücərtdi qəlbində yurd sevgisini,
Şəhidim gül Vətən eşqinə.

Üzünə nur yağdı nura boyandı,
Tanrının rəsminə, döndü, boyandı.
Aşiqə çevrildi, haqqa boyandı
Şəhidim gül açdı Vətən eşqinə.

Gülarə Fazilqızı

Below Post Ad

Bottom Ad